Arktikada buzların əriməsi klimatoloqları təşvişə salıb

Bu həftə Arktika şurasına üzv 8 dövlətin xarici işlər nazirləri iqlim dəyişikliklərini müzakirə etmək üçün bir araya gələcəklər. "Yeniavaz.com"un golos-ameriki.ru-ya istinadən verdiyi məlumata görə, toplantıda Rusiya, ABŞ,Qrenlandiya, Kanada, Norveç, Finlandiya, İsveç və İslandiya xarici işlər nazirləri Alyaskanın Ferbanks şəhərində Arktikadakı iqlim dəyişiliklərini müzakirə edəcəklər. Buna da səbəb Arktikada buzların sürətlə əriməkdə davam etməsidir. Vəziyyət bu cür davam edəcəyi təqdirdə 2040-cı ildə Arktikada buzlar tamamilə əriyəcək. Təbi ki, buzların əriməsi Alyaskada daxil olmaqla Arktika bölgəsində yaşayan yerli əhalinn də vəziyyətinə ağır təsir edəcək. Bu isə indidən klimatoloqlar tərəfindən bölgədə əmələ gələcək vəziyyətə diqqətin cəlb edilməsinə gətirib çıxarıb. Çünki buzlaqların əriməsi müəyyən baxımdan bir çox sahilətrafı ərazilərin sualtında qalmasına, həm də yerli əhalinin min illər ərzində adət etdikləri şəraitin dəyişməsinə səbəb olaraq onların qarşısına ağır uyğunlaşma, adaptasiya problemləri çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top