“Apple” ölkə olsaydı dünyanın ən böyük 16-cı iqtisadiyyatı olardı

ABŞ-ın texnoloji nəhəngi “Apple” şirkətinin bazar dəyəri 800 milyard dolları üstələyərək 815,08 milyard dollara çatıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da “Apple” dünya üzrə bazar dəyəri 800 milyard dolları ötən ilk şirkət oldu. Şirkətin səhmlərinin qiyməti 3,2 faiz artaraq 153,70 dollara çatıb. “Apple”ın bu ilin I rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 52,9 milyard dollar olub. Şirkətin xalis mənfəəti isə analoji dövrdə 4,8 faiz artaraq 11 milyard dollara çatıb. “Apple” ABŞ şirkətləri arasında bu ilin yanar-mart aylarında ən böyük xalis mənfəət əldə edən şirkət olub. Əgər “Apple” bir ölkə olsaydı, dünyanın ən böyük 16-cı iqtisadiyyatına sahib olacaqdı.

DİGƏR XƏBƏRLƏR

Top