Qlobal istiləşmə min illər yuxuda olan qorxulu virusları oyada bilər

Qlobal istiləşmə yeni qorxulu xəstəliklərin yayılması təhlükəsini ortaya çıxarıb. "Yeniavaz.com"un mir24.tv/news-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Fransanın Eks-Marsel universitetinin bioloqu Jan Mişel Klaveri deyib. Onun sözlərinə görə, hələ antik dövrlərdə insanları məhv edən qorxulu xəstəliklərin virusları qəfil başlayan buzlaşma nəticəsində konservləşdirilmiş vəziyyətdə qalıblar: "Qlobal istiləşmə prosesinin başlaması virusların yenidən canlanması və bəşəriyyətin qorxulu xəstəliklərdən məhv olma təhlükəsinə səbəb olacaq. Ona görə də belə bir təhlükəyə qarşı indidən hazırlaşmaq lazımdır. Əks halda bəşəriyyətin gələcəyi təhlükə altında qalacaq".

Klaveri buna misal kimi neandertalları məhv edən qorxulu virusları göstərib: "Bəşəriyyət onu gözləyən qorxulu xəstəliklər təhlükəsindən heç vaxt özünü sığortalaya bilməyib".

DİGƏR XƏBƏRLƏR

Top