Yeni türk nəsli necə yetişdirməli?!

Türk yurdunu, obasının qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca Türk yurdu var olar. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq. Fəqət son zamanlar istər yetişmə tərzi olsun, istərsə də mənəvi cəhətdən olsun bizlər və yeni nəsillərimiz xarici təsirlərin təyziqi ilə öz kökümüzdən uzaqlaşdırılırıq. Bu sonda əmin ola bilərsiniz ki, nəticə olaraq heç də xoş bəhrələr verməyəcəkdir. Başqalarının olmayan “mədəniyyətini” təqlid etmək həm atalarımıza həm də şanlı türk millətimizə qarşı ədəbzislik olar ki, zatən təqlid edilməyə çalışılan mədəniyyət ədəbsizliklərlə doludur. Çünki bizlər özümüzə döndükcə, soy-kökümüzə bağlı qaldıqca hər zaman öncül və hər sahədə müvəffəqiyyətli -başarılı olarıq.Təbii sosial varlıq olaraq bizlər ətrafımızdakı digər millətlərin təsirində qala bilərik, amma bunu “çağdaşlıq” adı altında istəyərək və bilərərk etmək doğru deyildir. Çünki, digər bir məqaləmdə qeyd etdiyim kimi özünü "mədəni", "modern" sayan Avropalılara mədəniyyəti bizlər öyrətmişik. Hər halda bəzi gerçəkləri onlar - avropalılar qəbul etməsələrdə rəzil və geriçilik tarixi olaraq adlandırdıqları ilk və orta çağa nəzər salsalar yetərli olacaqdır. Bu yazımda tariximizdə biz Türklərin, atalarımızın evladlarını necə yetişdirdiyini, əski Türk toplumunda uşaqların önemini xatırladacağam, bizim gələcəyimiz olan yeni türk nəslini necə yetişdirməmiz gərəkdiyini və onların Türk millətinin gələcəyi üçün nə qədər önəmli olduğunu qeyd edəcəyəm.

Sizə məlumdur ki, bizim gələcəyimiz olan övladlarımız biz necə yetişdirəriksə o tərzdə həyatlarını davam etdirərələr. Təbii bəzi ətrafdakı təhlükələrə qarşı güclü olmağı da bizlər onlara kiçik yaşlarında öyrətməliyik. Bu mövzuda gözel bir atasözümüz vardIr: "Ağac yaşkən əyilir". Həqiqətən qeyd etdiyimiz ata sözümüz dərin mənaya malikdir.Yəni insan övladı ən çox kiçik yaşlarda öyrətimə və tərbiyəyə açıq olur. Uşaqlıqda övladlarımıza necə tərbiyə verəriksə hansi tərəfə yönəldiriksə yetkinlik yaşına gəldiklərində həyatlarında bunun önəmli təsiri olar.

Əski Türklərin yaşam tərzi və ailə münasibətlərini özündə əks etdirən ən sağlam qaynaq dastanlarımızdır. Bu dastanların arasında biz Oğuz Türklərinin əski yaşam tərzlərini və ailə münasibətlərini dolğun şəkildə əks etdirən ən önəmlisi heç şübəsiz "Kitabi Dədə Qorqud" dastanıdır. Bu yazımda da zaman zaman "Dedə Qorqud" dastanına əsaslanıb örnəklər verəcəyəm.

Türk toplumunda uşaqlar bir gələcək abidəsidir.Yəni toplumun dəyərlərini sonrakı quşaqlara- nəsillərə daşıyacaq olan tək ünsürdür. Əski türklərdə uşaq ailə, toplum və hətta dövlət üçün gələcəyin təminatı olaraq görüldüyündən,Türk sosial həyatının gözbəbəyi və varoluşun əsasıdır. Ayrıca uşaqlar ana və atanın genetik şifrələriylə var olduqları ikinci zəmin-alan, cəmiyyət baxımından düşünüldüyündə isə cəmiyyətin xarakter daşıyıcısıdır. Yəni ailə və toplum uşaqda əks olunur. Uşağın Türk toplumunda bir dəyər olaraq görülməsinin bir digər səbəbi də onun doğasında -özülündə olan hərəkətlilikdir. Həmçinin uşaq, Türk törəsini daima canli tutan bir ünsürdür. (1) Bu baxımdan uşaqlar türk toplumunda bir ehtiyac olaraq görülür. Bir gələcək ünsür və bir yaşadıcı olaraq görülən uşaq, hər zaman sayqı və sevgi göstərilən bir varlıqdır. "Dədə Qorqud" hekayələrinin qurucusu olan Türkün ortaq vicdanında və ortaq ağlında, uşaq kiçik də olsa onurludur, bir mənliyə və olgunluğa sahib olaraq qarşımıza çıxar.Bu hekayələrdə uşaqlara çox zaman bir yetişkin kimi davranılır. Bu da uşaqların mənliyində,dəyər verilən bir varlıq olduğu hissini doğuraraq şəxsiyyətinin formalaşmasına müsbət bir təsir etmişdir.(2) Qeyd etdiyimiz kimi qədim Türklərdə də uşaq, ailə hüququ baxımından önəmlidir. Bunun səbəbi uşağın ailənin davam etməsindəki ən önəmli ünsür olmasıdır. Uşağın olmadığı hallarda Türk erkəyi suçu qadınında axtarmamaqda, özüdə suçu və ya qüsuru bölüşməkdədir. Bu bir həqiqətdir ki əski Türklərdə uşaq sahibi olmaq çox istənilən bir haldır. (3)

Türklərdə yeni doğulan uşağa belə qəhrəman gözü ilə baxılırdı.Cinsiyyətindən fərqli olmayaraq hər uşaq gələcəyin bir alp - Türk savaşçıdır. Alp sözü türkçə bir sözdür və bizim ərəbcə zor - anlamında işlətdiyimiz söz mənasındadır. Savaşçılara alp denilməsinin səbəbi isə hər zorluğu dəf edə biləcək gücə sahib olmasındandır.Yəni hər türk uşağı bir alpdır.

Uşağın varlığı ailənin gələcəyi üçün önəmlidir. "Dədə Qorqud" hekayələrində, Dirsə Xanin oğlu-qızı olmadığından bəhs edilir. Dirsə Xan və Xatunu bu vəziyyətə üzülür. Dirsə Xan xanımının istəyi ilə ulu toyu toplayıb, dua etmələrini arzu edir.Bu duaların sonucunda xatunu hamilə qalır və bir müddət sonra oğlu dünyaya gəlir. (4)

Türklər qız və oğlan uşaqları arasında fərq görməzdilər . (5) İnsanın yaradılışı baxımından fərq görməsələr də erkəy və ya qız uşaqlarının ailələr baxımında bir birlərindən fərqli ola biləcəkləri ehtimalıda vardır. Ana və ya ata qızını ərkək övladından və ya erkək övladını qız övladından daha çox sevə bilər.Bu mövzuda fərqli fikirlər mövcutdur. Bu fikirlərdən Ünal-Öztürk, qız və ərkəylərin dəğərləndirilməsi mövzusunda bəzi qızların daha çox sevildiyini düşünməkdədir. (6) Ögəl isə,Hun və Göktürk çağında bəri gələn bəlgələrdən yola çıxaraq erkək uşaqlara daha çox dəğər verildiyi düşüncəsindədir. (7)

Əski Türklərdə oğul övladı ifadə etmək məqsədi ilə “atac”sözü istifadə edilmişdir. Ataç-böyüklük göstərən uşaq, oğul mənasında deyilir. (Kaşğarlı Mahmud ) (8) “Anaç” isə kiçikkən böyük bir anlayış göstərən qız,anacık(Kaşğarlı Mahmud )anlamında deyilir (9) Burdan əski türklərdə oğulun ataya qızın anaya bənzədiyi görülməkdədir.”Ata oğul, ataç doğular “yəni oğul ataya bənzər ifadəsi bunu doğrulamaqdadır. (10) Oğul ataya ,qız anaya bənzədiyinə görə, erkək uşağın yetişdirilməsi atanın, qız uşağının yetişdirilməsi ananın görəvi idi.

Ancaq qədim Türklərdə sadəcə övlad sahibi olmaq yetərli deyildi. Övladın savaşçı və qəhrəman olması da mühüm idi. Bunun üçün təlim yetişmə tərzi önəmli olmuşdur. Türklərdə uşağın yetişdirilməsinə ailə ortamından başlanır. Uşaqlar daha kiçik yaşda at minmək, qılınc oynatmaq,ox atmaq kimi igidlik,savaşcılığ xüsusiyyətlərini öyrənərkən ,toplumun-cəmiyyətin qaydalarını da öyrənirdilər. (11) Uşaqlar öyrənim,təlim zamanında belə qanunlara uymalı idilər. "Dede Qorqud" hekayələrində də uşaqlara verilən təlimin,eyitimin,tərbiyənin də böyük bir yeri vardır və əsərin müqəddimə qismində də buna diqqət çəkilir: “Kız anadan görmeyince öğüt almaz, oğul atadan görmeyince sofra çəkməz. Oğul atanın yetiridür, iki gözinün biridür. Devletlü oğul kopsa ocağınun közidür… Ata adını yorıtmayan hoyrad oğul ata bilinden ininçə inməsə yiğ, ana rahmine düşince toğmasa yiğ. Ata adın yorıdanda devletlü oğul yiğ.” (Ergin, 2004: 74) (12)

Uşağların təlimi ailənin görəvi olmaqla bərabər toplumdaki bütün fərdlər də bu təlimdə məsuliyyət- sorumluluk daşıyır.Uşaqların hüquqi baxımdan təməl haqq və özgürlükləri ailə ortamında formalaşırdı.Qədim Türklərdə uşaqlar öz adlarını etdikləri qəhrəmanlıqlarla alırdılar.Adını öz haqqıyla- qəhrəmanlığı ilə alan bir uşaq ,düzenlənən törə-yığıncaq ilə adını hər kəsə duyurur -tanıdırdı.Uşaqlara verilən adlarda bəzi qavramlar diqqəti çəkirdi. Bu adlar içerisində Bozkurt, Kök Börü,Uku (Baykuş),Turul (Toğrul) ve başqa isimler yer almaqdadır. (13)Yağıbasan ismi düşmanın hücumu dəf edilən gün doğulan uşaqlara,Aşbergen ismi aş töreni edildiyi gün doğulan uşağa,Konak Keldi ismi,sayılı misafir gəldiyi gün doğulana,Uralbəy,Sırgəldi,İdilbey isimləri doğulduğu yerə görə verilən isimlərdir. (14) Bu isimlər verilərkən təbiət qüvvətlərinin,ruhların və cinlərin yeni doğulan uşağın həyatına müdaxilə etməyəcəyi düşünülürdü. (15) Uşağın uzun ömürlü olması üçün Tokdasın,Dursun kimi isimlər verilərkən bunların yanında yaxşı xarakterli xüsusiyyətlərini anlatmaq üçün Tınıbek, Canıbek, Alper (16) kimi isimlər verilirdi.

Türklərdə qurd igidliyin senbölü -işarətidir. Bu səbəbdən Kurd insan ismi kimi Türklərdə istifadə edilir. Bu yerdə Türk Tariximizdə önəmli yeri olan Tür alpı sərgərdəsi Ertuğrul Qazinin bu sözlərini xatırlatmaq istəyirəm: Türk balası qurd olur, basdığı yer yurd olur” Burdanda anlaşıldığı kimi Türklər övladlarını qəhrəman kimi yetişdirir və igidliyin onların şanını yüksəltdiyinə inanırlar.

Qeyd etdiyimiz kimi qədim Türklərdə mücadələ əsasdır və uşaqlarda da qəhrəmanlıq ən yüksək sosial dəyərdir. Belə olduğu halda qız uşaqlarınında da dəyəri, ata binmek, qılınc oynatmaq, ox atmak, düşmana hücum etmek, yəni maddi qüvvət təzahürləri ile ölçülür (Kaplan, 2002: 23). (17) Çünki göçebə ve hər zaman düşmənlə savaşan bir toplumda, kadının da alp tipinə uyğun olması yəni qəhrəman, qorxusuz və çevik olması gərəkir. Bu halın, əsərdəki Bamsı Beyrek ve Kan Turalı hikâyələrində yoğun olaraq əks edildiyini görürük: Bamsı Beyrek, atasına evlənəcəyi qızın xüsusiyyətlərini belə söyləyir: “Ata mana bir kız alı vir kim, men yirümden turmadın ol turmah gerek, men kara koç atuma binmedin ol binmeh gerek, men karımuma varmadın ol baş getürmek gerek, bunun gibi kız alı vir baba mana.” Beyrek‟in atası Pay Püre Xan da “Oğul sən kız diləməzsin kəndünə bir hampa istər-imişsin.” (Ergin 1989: 124) (18) deməkdədir. Məhz hikâyənin öncəsində Beyrek, beşik kərtməsi olan Banu Çiçəyin evinə tesadüfən gəlir. Daha önce görmədikləri üçün bir-birlərini tanımirlar. Banu Çiçək, qarşısındakı insanın həqiqətən beşik kərtməsi olub olmadığını öyrənmək üçün Beyrek‟e bir təklif edir: “Gəl imdi senün ilə ava çıkalum, əgər senün atun mənüm atumı kiçer ise onun atını dahi kiçersin. Hem senün ile oh atalum, meni kiçer isen, anı dahı, kiçersin ve hem senün ile güreşelüm, meni basar isen anı dahı basarsın.” (Ergin, 2004: 123)(19) deyər ve Beyrək də bu təklifi qəbul edər. Ardından Banu Çiçək ve Beyrek, bir-birlərini yenmək üçün mücadələyə- yarışa başlar, ox atarlar, güləşirlər. Sonunda Beyrek, Banu Çiçəyi yenər. Banu Çiçək də özünü tanıdar və bu olaydan sonra nişanlanırlar. Burada görülür ki qəhrəman, qız və ya ərkək olsun evlənəcəyi insanı cəsarətinə, igidliyinə ve savaşçı özəliklərinə görə seçirdilər. Bu hekâyələrdə də görüldüyü kimi, ərkəklər qədər qadınların da igid və qorxusuz olmaları gözlənilir ve igid bir ərkək ancaq özü kimi cəsur və igid bir qızla evlənməyi tərcih- etmektedir -seçməkdədirlər.

Sizlərə qədim Türklərin uşaqları necə yetişdirildiyindən və əski türk toplumunda uşaqların önəmindən bəhs etdim.Atalarımız övladlarını xüsusi təlimlə yetişdirirdilər.Bəs bizlər necə edirik? Bəzən onları xarici dil öyrənsinlər,bilgisayarı bilsinlər,yeni -müasir dünyadan geri qamasinlar və.s kimi məşğuliyyətlərə yönəldirərkən kökündən ,özündən milli kimliklərindən qoparırıq.Dil öyrənsinlər deyərəkdən evimizdə onlarla başqa dildə (rus,ingilis) danışır ana dilimizi unutdururuq,modern olsunlar deyə əcayib tərzdə musiqi dinləmələrinə,qeyri-etik geyimlərinə gözyumuruq və güclü şəxsiyyətə malik olsunlar deyə ,mənəvi cəhətdən yetişdirməyi unuduruq. Hal belə olunca əcayib bir nəsil yetişir ,milli kimliyini unutmuş,dilini bilməyən,mədəniyyətin sadəcə avropalılarda olduğunu düşünən bir nəsil.Bu məqamda Türk dünyasının görkəmli ədibi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlatmaq istəyirəm: "Yad yerin halvası çox şirin olar”.

Qaçırsan, min illik ənənədən qaç!

Hər kəsə bənzəmə, sən təzə yol aç!

Dediyin hər sözü duy dərin-dərin.

Həyatda gördüyün geriliklərin

Demə ki, hamısı ənənədəndir!..

Sən niyə arxanı köhnə sayırsan

Qaçıb öz atandan bəs bu nədəndir

Özgə ataları yamsılayırsan?

“*”*”*”*”*”*”*”*”*”*”*”*”*”*”

Gülmə öz kökünə, ayıbdır sənə!

Ot kökü üstündə bitər, unutma,

Köhnə damğasını vurub atana,

Özgədən özünə sən ata tutma!

Yadın köhnəsi də dilin əzbəri,

Ənənən çiyninə niyə yük oldu?

Anlaya bilmirəm, nə vaxtdan bəri

Yadı yamsılamaq yenilik oldu?!

Həqiqətən bu misralar hər şeyi əks etdirir.Bizlər Atalarımızın övladlarını yetişdirdiyi tərzdə yetişdirəriksə hər şey daha fərqli olar.Biz övladlarımıza başqa dilləri öyrədək ama öz dilimizi unutdurmayaq,onları başqa millətlərin mədəniyyətlərindən xəbərdar edək, ama öz kökünü unutdurmayaq. Türk İslam mədəniyyəti dünyanın ən əsil və möhtəşəm mədəniyyətidir.Onlara -övladlarımıza xarici filimlərin xəyalı qəhrəmanlarını sevdirmək ,örnək göstərməyin əvəzinə Türk Taiximizin yaşamış və elm, mədəniyyət , hərb sahəsində uğurlar qazanmış şəxsiyyətləri xatırladıb, öz qəhrəmanlarımızı sevdirək. Tarixində ,soyunda qəhrəmanları olmayan millətlər xəyali-sanal qəhrəmanlar uydurub ,kitablar yazaraq,filimlər çəkərək öz nəsillərini yönləndirməkdə ,tərbiyə etməkdədirlər. Bizim şanlı Türk tariximixdə minlərcə qəhrəman,igid atalarımız vardır.Unutmayın gözəl və anlamlı bir ata sözümüz var: "Od kökü üstə bitər” Özümüzdən kökümüzdən qoparıqsa başqa millətlərə kölə olmağa məhkum olarıq.Bizim şanli tariximiz nam salmış millətimiz var . Uşaqlarımızı bizim gələcəyimizdir,onlara atalarını unutdurmamalı və onların qəhrəman bir milləti təmsil etdiklərini xatırlatmalıyıq. Mustafa Kəmal Atatürkün söylədiyi kimi “ÇOCUKLAR GELECEĞİMİZİN GÜVENCESİ YAŞAMA SEVİNCİMİZDİR, BUGÜNÜN ÇOCUĞUNU YARININ BÜYÜĞÜ OLARAK YETİŞTİRMEK HEPİMİZİN İNSANLIK GÖREVİDİR”

Nə mutlu Türküm deyənə!

Son olaraq Türk komutan İshak Çelik beyin bu sözlərini sizlərlə paylaşmaq istərdim "Keçmişini unudanın gələcəyi olmaz”

Aynur TALIBLI

İstifadə edilən mənbələr:

1. Fırat Üniversitesi Sosyal Bilimler Dergisi Fırat University Journal of Social Science Cilt: 14, Sayı: II Sayfa: 209-223, ELAZIĞ-2004 DEDE KORKUT HİKÂYELERİ’NİN ÇOCUK EĞİTİMİ AÇISINDAN ÖNE SÜRDÜĞÜ DEĞERLER VE ORTAYA ÇIKARMAK İSTEDİĞİ TİP ÜZERİNE BİR DEĞERLENDİRME.

A) AİLE VE TOPLUMUN ÇOCUĞA BAKIŞ EKSENİ 1. Bir İhtiyaç Unsuru Olarak Çocuk

2. Fırat Üniversitesi Sosyal Bilimler Dergisi Fırat University Journal of Social Science Cilt: 14, Sayı: II Sayfa: 209-223, ELAZIĞ-2004

AİLE VE TOPLUMUN ÇOCUĞA BAKIŞ EKSENİ.

İtibar Kaynağı Olarak Çocuk

3. ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) “İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.

4. GÖKYAY, O. Ş. (1973) Dedem Korkudun Kitabı. İstanbul: Milli Eğitim Basımevi.

5. ÖGEL, B. (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları. 4. Baskı, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı Yayınları.

6. ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) “İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.

7. ÖGEL, B. (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları. 4. Baskı, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı Yayınları.

8. KAŞGARLI MAHMUD (1985) Divan-ı Lûgat’it Türk Tercümesi. Cilt II, Çev. Besim ATALAY, Ankara: Türk Dil Kurumu Yayınları.

9. KAŞGARLI MAHMUD (1985) Divan-ı Lûgat’it Türk Tercümesi. Cilt I, Çev. Besim ATALAY, Ankara: Türk Dil Kurumu Yayınları.

10. ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) “İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.

11. KOCA, K.-UĞURLU, S. (2010) “Dede Korkut Hikâyelerinden Hareketle Türk Kültüründe Erkek Evlat Olarak Oğul Kavramı”. Akademik Bakış Dergisi, Sayı 22, Celalabat-Kırgızistan, 1-10.

12. ERGiN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları.

13. RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.

14. İNAN, A. (2000) Tarihte ve Bugün Şamanizm, Materyaller ve Araştırmalar. Ankara: Türk Tarih Kurumu Yayınları.

15. RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.

16. RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.

17. KAPLAN, Mehmet (2002), Türk Edebiyatı Üzerinde Araştırmalar 1, Ġstanbul: Dergâh Yayınları

18. Ergin 1989: 124)

19. ERGĠN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları

Xüsusi təşəkkür verdiyi dəyərli bilgiler üçün Türk komutan İshak Çelik bəyə

DİGƏR XƏBƏRLƏR

Top