Ermənistan-Argentina iqtisadi münasibətləri yüksək səviyyədə deyil

Ermənistan Argentina ilə ticarət əlaqələrinin yüksək səviyyyədə olmamasından narahatdır. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu baş nazir Karen Karapetyan Argentinanın Ermənistandakı səfiri Qonsalo Uriolabeitia ilə görüşündə deyib: "Ermənistan və Argentina dost ölkələrdir. Argentinada erməni icması fəaliyyət göstərir və onlar böyük imkanlara malikdirlər. Buna baxmayaraq iki ölkə arasında ticari əlaqələrin həcmi yüksək deyil və bu da bizdə narahatlıq doğurur. Argentinalı iş adamlarının ölkəmizə sərmayə qoyması üçün bütün imkanlar mövcuddur və bundan istifadə etmək hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edə, ticarət dövriyyyəsinin həcmini indiki ilə müqayisədə 15-20 dəfə artıra bilər".

Qonsalo Uriolabeitia da iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu və Argentinanin iş adamlarının bu sahəyə sərmayə yatırmasının məqsədəuyğun olacağını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top