Ərdoğan: Suriyanın şimalında dövlət qurmaq istəyən cahillər var

Suriyanın şimalında dövlət qurmaq təşəbbüsü göstərən məlum bəzi cahillər var. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, iki gündür Suriya tərəfindən Türkiyə ərazisi atəşə tutulur: “Düşmən bəllidir, bunu cavabsız qoya bilərikmi? Nə lazımdırsa, onu da edirik”. Prezident əlavə edib ki, Türkiyənin beynəlxalq hüququn verdiyi haqlardan istifadə etməsi qədər təbii bir şey yoxdur: “Biz hüquq dövlətiyik. Hüquqlarımızdan istifadə edirik və buna davam edəcəyik. Təhdidlər davam etdikcə hər cür tədbirləri görəcəyik”. R. T. Ərdoğanın sözlərinə görə, Türkiyə cənub sərhədlərində terror dəhlizinin formalaşmasına qəti şəkildə icazə verməyəcək: “Şimali Suriyada döğlət qurmağa təşəbbüs göstərən bəzi cahillər var. “Cahil cəsur olur” deyimi var. Buna görə də həmin cahillər o ab-havada özünə görə nazirlər kabineti qurur və s. Biz bunu cavabsız qoymağacağıq və Suriyanın şimalında belə bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik, çünki Suriyanın bölünməsinin əleyhinəyik. Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq. Terrorla mübarizəmizi ölkə daxilində və xaricində aparmağa qətiyyətliyik. Bu məsələdə bütün dost və müttəfiqlərimizdən həmrəylik gözləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top