Ermənistan cəbhədə daha bir itki verdi

Aprelin 28-də səhər saat 9.30-da cəbhənin cənub istiqamətində Ermənistan ordusu daha bir itki verib."Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfindən açılan atəş nəticəsində 1998-ci ildə anadan olan hərbi qulluqçu Mqer Feliksoviç Arzumanyan həlak olub. Baş verən hadisə ilə bağlı hazırda Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, aprelin 24-də də cəbhə xətttinin şimal istiqamətində atəşkəsin pozulması nəticəsində hərbi qulluqçu Narek Amayakoviç Arutyunyan öldürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top