Şəki Hazırlıq Mərkəzində Qarabağ qazisi Kamil Musavi ilə görüş keçirilib-VİDEO

Şəki şəhərində fəaliyyət göstərən Şəki Hazırlıq Mərkəzində Qarabağ qazisi Kamil Musavi ilə görüş keçirilib. Görüşdə hazırlıq mərkəzinin kollektivi və dinləyiciləri iştirak edib. Vətənpərvərlik mövzusunda keçirilən tədbirdə Kamil Musavi çıxış edərək bildirib ki, torpaqlarımız düşmən tapdağından azad olmayanadək özümüzü vətən qarşısında borclu hesab etməliyik. K.Musavi aprel döyüşlərinin ordumuzun inkişafının yüksək səviyyədə olduğunu bildirərək, ehtiyyatda olan zabit kimi hər an döyüşə hazır olduğunu vurğuladı. Daha sonra çıxış edən mərkəzin müdiri Şöhrət İbadov dəvətlərini qəbul edib gəldiyinə görə Kamil Musaviyə təşəkkür etdi. Sonda Kamil Musaviyə xatirə hədiyyələri təqdim edildi və şəkil çəkdirildi.

Kamil Musavi

DİGƏR XƏBƏRLƏR

Top