Çavuşoğlu: “AŞPA peşman olacaq”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) peşman olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib:"Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaklar".

Qeyd edək ki, aprelin 25-də AŞPA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top