“Bavariya” “Yuventus”dan futbolçu aldı

“Bavariya” rəsmi olaraq “Yuventus”dan yarımmüdafiəçi Kinqsli Komanı transfer edib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, münhenlilər iki il əvvəl “Yuventus”dan K. Komanı 7 milyon avroya icarəyə götürmüşdü. Yekunda “Bavariya” 20 yaşlı fransalı futbolçuya görə 21 milyon avro ödəyərək onu öz heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2020-ci ilədək müqavilə bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top