Rus hərbi gəmisi batdı

Rusiyanın Qara dəniz donanmasının “Liman” adlı gəmisi Bosfor boğazından 40 kilometr aralıda yük gəmisi ilə toqquşmadan sonra batıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi deyib. Toqquşmadan sonra “Liman” hərbi gəmisinin 78 nəfərdən ibarət heyət üzvü təxliyə edilib. Rusiya Müdafiə Nazirliyindən isə bildiriblər ki, gəmi toqquşma nəticəsində yaranmış dəliklərə görə batıb: “1,5 mil aralıda yerləşən Rusiyanın “Ulus-star” gəmisi hadisə yerinə istiqamət alıb. Gəmi heyət üzvünü alraq Qara dəniz donanmasının bazasına çatdıracaq”. Rus gəmisinin Toqo bayrağı ilə üzən yük gəmisi ilə toqquşduğu qeyd edilir. Yük gəmisi diri heyvanlar daşıyıb.

İnsidentlə əlaqədar Türkiyənin Baş naziri Binəli Yıldırım rusiyalı həmkarına zəng edib. Tərəflər telefon söhbəti zamanı insidenti müzakirə ediblər. B. Yıldırım hadisə ilə əlaqədar təəssüfünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top