NATO-ya üzv olmaq Gürcüstan və Ukryana üçün deokkupasiya şansı deməkdir

Gürcüstanın Avrointeqrasiya üzrə keçmiş dövlət naziri Georgi Baramidze belə hesab edir ki, NATO-un daxili münaqişə problemləri olan ölkələri bu quruma qəbul etməməsinə baxmayaraq, Ukrayna və Gürüstanın alyansa üzv olması imkanları var. "Yenivaz.com"un nevsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə Baramidze Rusiyanın işğal faktından istifadə edərək Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına imkan verməyən siyasət yeritdiyini söyləyib: "Gürcüstan NATO-ya üzv olmaqla öz problemlərini bu qurumun daxilinə daşımayacaq. Onsuz da Qərb dövlətləri Krımın işğalı ilə bağlı Rusiyaya sanksiyalar tətbiq ediblər və onunla münaqişədədirlər. Gürcüstan NATO-ya üzv olduqdan sonra Rusiya onun digər ərazilərini də işğal etmək imkanlarından məhrum olacaq. Ona görə də Gürcüstan və Ukraynanın NATO-ya üzv olması olduqca zəruri və vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top