İnzibati xətalara dair məhkəmə işlərinin 10%-i yol hərəkəti qaydaları ilə bağlıdır

2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37 min 490 işə baxılıb ki, bu da 2015-ci ilin göstəricisindən 13,6 faiz azdır. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, onların 55,6 faizi idarəçilik qaydaları, 10,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10 faizi yol hərəkəti qaydaları, 7,8 faizi sağlamlıq, 2,1 faizi gömrük qaydaları, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 0,9 faizi ticarət qaydaları, 0,7 faizi mülkiyyət əleyhinə olan, 1,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10,0 faizi isə digər inzibati xətalarla bağlı olub.

2016-cı ildə baxılan işlərin 65,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 21,6 faizinin icraatına xitam verilib, 12,3 faizi üzrə inzibati xəta törədən şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən 24 min 649 nəfər (2015-ci illə müqayisədə 24,9 faiz az) inzibati məsuliyyətə cəlb edilib və onların 35,1 faizinə inzibati cərimə, 33,1 faizinə inzibati həbs, 24,2 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 3,3 faizinə xəbərdarlıq, 1,2 faizinə ictimai işlər, 3,1 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top