Ermənistanda Azərbaycan alması alverçiləri axtarılır

Ermənistan Kənd Təsərrüfatı nazirliyinin ərzaq təhlükəsizliyi üzrə dövlət xidməti idarəsi Azərbaycan almasını bu ölkəyə göndərən şirkətin və xırda ticarətlə məşğul olan ayrı-ayrı şəxslərin axtarışına çıxıb. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ərzaq təhlükəsizliyi üzrə dövlət xidməti idarəsinin rəhbəri İşxan Karapetyan deyib: "Ermənistan bazarlarında Azərbaycan almasının satılması barədə siqnal bizə aprelin 23-də daxil olmuşdu. İki günlük axtarışdan sonra Azərbaycan almasının satıldığı mağazaların yerini müəyyən edə bildik. Nəticədə satışda olan bütün almaları məhv etdik. Hazırda bu almaların hansı şirkət və ya xırda alverlə məşğul olan şəxslər tərəfindən necə ölkəmizə gətirildiyi barədə araşdırma aparılır. Bununla əlaqədar gömrük komitəsinin və onun sanitar nəzarəti xidmətinin fəaliyyəti yoxlanılır. Məqsəd günahkarları aşkar edərək üzə çıxarmaq və onları məsuliyyətə cəlb etməkdir".

DİGƏR XƏBƏRLƏR

Top