26 milyon dollara satışa çıxarılmış kənd alıcısını tapdı FOTOLAR

2016-cı ildə satışa çıxarılmış start qiyməti 20 milyon funt-sterlinq (təqribən 26 milyon dollar) olan İngiltərənin Nort-Yorkşir qraflığının Uest Heslerton kəndi alıcısını tapıb. “Yeniavaz.com”un BBC-yə istinadən verdiyi məlumata görə, kənddə 43 ev, 21 otağı və 2116 akr torpaq sahəsi olan böyük malikanə var. 150 il ərzində kəndin sahibi eyni ailə olub. Kəndin sonuncu sahibəsi 84 yaşlı İv Danuey vəfat etdikdən sonra yaşayış məntəqəsi satışa çıxarılıb. İ. Danueyin varisləri kəndi satmaq qərarına gəliblər. Kəndin yeni sahibi isə Böyük Britaniyanın “Albanwise” investisiya şirkətidir. Yaşayış məntəqəsinin alındığı yekun məbləğ açıqlanmır. Kənd hər il təqribən 388 min funt-sterlinq gəlir gətirir.

DİGƏR XƏBƏRLƏR

Top