Günəbaxan və qarğıdalı yağları 6-11% ucuzlaşıb

Son aylar ərzində milli valyutamızın ABŞ dolları qarşısında dəyər qazanması ölkə həyatının müxtəlif sahələrində müsbət təsiri özünü göstərir. Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq daha 42 çeşiddə yağ məhsulunun qiymətini aşağı salıb. Şirkətdən verilən məlumata görə, Şirkətlər Qrupu tərəfindən istehsal olunan “Zolotoye solnişko”, “Final”, “Möcüzə”, “Zoluşka” , “Evim”, “Sərfəli”, “Gülüm”, “Bizim aşpaz”, “Solnecnoye” markalı günəbaxan və qarğıdalı yağlarına 6-11 % endirim edilib. Qeyd edək ki, bir müddət əvvəl “Azərsun Holdinq” şəkər, düyü, yağ, çay, salfet, düyü, mərcimək kimi 116 çeşiddə məhsulun qiymətini aşağı salıb. apa

DİGƏR XƏBƏRLƏR

Top