Volkan Dəmirələ mobil telefon atan azarkeş cəzalandırıldı

Türkiyə çempionatı çərçivəsində keçirilən “Qalatasaray”-“Fənərbağça” matçı (0:1) zamanı qapıçı Volkan Dəmirələ tərəf mobil telefon atan azarkeş saxlanılıb. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, şübhəli A.V.V-yə bütün idman yarışlarını arenalarda izləmək qadağan edilib. Xatırladaq ki, şübhəlinin atdığı telefon V. Dəmirəlin ayağını dəydiyinə görə matç qısa müddət dayandırılmışdı. İnsidentlə əlaqədar Polis İdarəsinin İdman təhlükəsizliyi şöbəsi istintaqa başlamışdı. Oyunun keçirildiyi stadiondakı video kameralar yoxlanılaraq telefonu atan şəxs müəyyən edilib. Digər tərəfdən, həmin oyun zamanı polisə müqavimət göstərən 3 şübhəli saxlanılıb. Onlardan ikisi həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top