Ermənistanda AB-nin qrant proqramı üzrə koordinatoru həbs edilib

Ermənistanla Avropa Birliyi arasında qalmaqala səbəb olacaq hadisə baş verib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Avropa Birliyi (AB) qrant proqramları nünayəndəliyinin Yerevandakı koordinator əməkdaşı həbs edilib. Bununla əlaqədar mətbuata açıqlamasında İstintaq komitəsinin rəhbəri Sona Truzyan AB qrant proqramları nümayəndəliyi koordinator əməkdaşının böyük həcmdə pul mənimsədiyinə görə həbs edildiyini bildirib. Qeyd edək ki, qrant proqramı ilə bağlı vəsaitlərin mənimisənilməsi faktı üzrə daha 10 nəfər şübhəli qismində istintaqa cəlb edilib. Baş verən hadisədə günahkar bilinən digər bir nəfərin öncədən həbs ediləcəyindən xəbər tutaraq Ermənstanı tərk etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top