“Lenovo” məşhur mobil markasının istehsalını dayandıracaq

Çinin “Lenovo Grou Limited” korporasiyasının rəhbərliyi ZUK mobil qurğuları markasından imtina edir. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə analitik Pan Citanq Çinin “Weibo” sosial şəbəkəsindəki akkauntunda deyib. “Lenovo” sahib olduğu əlavə brendlərdən ciddi şəkildə imtina etmək qərarına gəlib. Korporasiya ilk olaraq ZUK istehsalını dayandıracaq. Bununla da “ZUK Edge” müvafiq markanın sonuncu mobil qurğusu olacaq. Çin şirkəti bir neçə ay əvvəl məlumat vermişdi ki, bütün qurğularını vahid marka altında birləşdirmək niyyətindədir. Ekspertlər əmindirlər ki, söhbət “Motorola” və “Vibe” brendlərinin smartfonlarından “Lenovo”nun xeyrinə imtina edilməsindən gedir.

DİGƏR XƏBƏRLƏR

Top