Fransa prezidentliyinə namizədin toxunulmazlığı əlindən alına bilər

Avropa Parlamenti (AP) “Milli Cəbhə” partiyasının lideri və Fransa prezidentliyinə namizəd Marin Le Peni deputatlıq toxunulmazlığından məhrum etmə proseduruna başlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu AP-nin rəhbəri Antonio Tayani deyib. Onun sözlərinə görə, fransız müstəntiqlərinin müvafiq sorğusu AP-nin səlahiyyətli komissiyasına göndərilib. Fransalı məhkəmə müstəntiqləri iddia edirlər ki, M. Le Pen Fransada öz əməkdaşlarına məvacibləri ödəmə üzrə sxemi Avropa İttifaqının fondları hesabına təşkil edib. M. L. Penin keçmiş iki köməkçi deputatına qarşı bu istintaq çərçivəsində artıq ittiham irəli sürülüb.

Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Onun nəticələrinə əsasən, M. Le Pen “İrəli” hərəkatının qurucusu Emmanuel Makrona uduzaraq ikinci olub. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatına əsasən, E. Makron səslərin 24,01 faizini, M. Le Pen isə 21,30 faizini toplayıb. Seçkilərin ikinci turu mayın 7-nə planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top