“Real” 357 nəfəri klub üzvlüyündən məhrum etdi

“Real” Madrid rəhbərliyi 357 nəfəri klub üzvlüyündən məhrum etmək qərarı alıb. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, rəhbərlik həmin şəxslərin komandanın matçları üçün mövsümi abunələrini geri alıb. Bu barədə qərar İspaniya çempionatının 33-cü turu çərçivəsində “Barselona” ilə (2:3) keçirilən ev oyunundan sonra qəbul edilib. Belə ki, “Barselona” azarkeşləri “Santyaqo Bernabeu” stadionunda Kral klubunun azarkeşləri üçün nəzərdə tutulmuş seksiyalarda olublar. Həmin oyundan sonra bununla bağlı şikayətlər daxil olub. Baş verənlərdə klubdan abunələr alaraq onları yüksək qiymətə satan şirkətlər günahkar bilinib. Belə ki, həmin abunələr “Barselona” azarkeşlərinə satılıb və buna görə də Kataloniya təmsilçisinin vurduğu qollar zamanı “Santyaqo Bernabeu” stadionunda sevinənlərin sayı çoxluq təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top