Rus qırıcısı qəzaya uğradı

Rusiya Federsiyasının Buryatiya Respublikasında “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 26-da “MiQ-31” qırıcısı “Telemba” poliqonu ərazisində planlı təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Təyyarə Şərq Hərbi Dairəsinə məxsus olub. İkin məlumata görə, pilotlar katapult edə bilib. Axtarış-xilasetmə xidmətinin helikopteri qəza yerinə uçub. Qeyd edək ki, “MiQ-31” ikiyerli hər cür hava şəraitinə uyğunlaşdırılmış uzaq fəaliyyət radiuslu qırıcı təyyarəsi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top