2016-cı ildə Moskvada ən çox qaçırılan avtomobillər

2016-cı ildə Moskvada 5 946 avtomobil oğurluğu və qaçırma halı qeydə alınıb. “Yeniavaz.com”un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Təhlükəsiz Yol və Hərəkət Müfəttişliyinin (DTYHM) Moskva üzrə statistikasında deyilir. Ötən il cinayətkarlar arasında ən populyar avtomobil markaları “Hyundai Solaris”, “Kia Rio”, “Mazda3”, “Ford Focus” və “Toyota Camry”dir. DTYHM-dən bildiriblər ki, qaçırılan avtomobillərin çoxu tapılaraq sahiblərinə qaytarılıb. 2016-cı ildə 4 554 ədəd nəqliyyat vasitəsi aşkar edilərək qaytarılıb. 2015-ci ildə bu rəqəm 4 338 ədəd olub. Ötən il maşınları daha çox Moskvanın Şimal-Şərq və Cənub dairələrində qaçırıblar. Bununla yanaşı, avtomobil oğurluğu və qaçırma hallarının əksəri səhər saatlarında baş verir.

DİGƏR XƏBƏRLƏR

Top