Qadınlar çox pul qazanır, yoxsa kişilər? - Ölkələr üzrə SİYAHI

Dünyanın əksər ölkəsində kişilər qadınlardan daha çox pul qazanır. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat "WageIndicator.org" saytının apardığı araşdırmada yer alıb. Aralarında Azərbaycanın da olduğu 63 ölkəni əhatə edən araşdırmaya görə, 4 ölkədə qadınların orta aylıq əmək haqqı kişilərdən daha çox olub. Digər ölkələrdə isə kişilər qadınlardan daha çox əmək haqqı alırlar. Qadınların kişilərdən daha çox əmək haqqı aldığı ölkələrin sıralamasımda ilk yerdə Anqola dayanır. Anqolada qadınlar kişilərdən 18% çox əmək haqqı alır. Bundan başqa Vyetnamda qadınlar kişilərdən 17%, Uqandada 10%, Tanzaniyada isə 4% daha çox əmək haqqı alırlar.

Kişilərin qadınlardan daha çox əmək haqqı aldığı ölkələrin sıralamasında isə ilk yerdə Bolqariya dayanır. Bolqariyada kişilərin əmək haqqı qadınların əmək haqqından 39% çoxdur. Kişilərin qadınlardan daha çox əmək haqqı aldığı ölkələrin sıralamasında ilk beşliyi Braziliya (fərq 38%), Toqo (36%), Peru (34%) və Meksika (28%) tamamlayır.

Azərbaycanda isə kişilərin orta aylıq əmək haqqı ilə qadınların orta aylıq əmək haqqı arasında 8% fərq var. Yəni kişilər qadınlardan 8% daha çox əmək haqqı alır. "WageIndicator.org" saytının araşdırmasından belə nəticəyə gəlmək olur ki, Azərbaycanda kişilərin orta aylıq əmək haqqı 622 manat, qadınların orta aylıq əmək haqqı isə 571 manat təşkil edib. Burdan belə görünür ki, kişilərlə qadınların orta aylıq əmək haqqı arasında 51 manat fərq var.

Kişilərin orta aylıq əmək haqqı ilə qadınların orta aylıq əmək haqqı arasında ən az fərq isə Mozambiqdə qeydə alınıb - cəmi 1%.

DİGƏR XƏBƏRLƏR

Top