Güclü külək Qubada bir sıra fəsadlar törədib

Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib. Gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb. Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar. Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top