Şəkidə canavar kənd sakininə hücum etdi - VİDEO

Şəki rayonunun Qudula kənd sakini Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavar hücum edib. Bəhram Seyidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Bəhram Seyidov (zərərçəkən): “Gördüm ki, 5 canavar gəlir, qoyuna hücum edir. Qarşısını aldım. 4-ü qayıtdı, 1-i qayıtmadı. 1 heyvanımızı yaraladı. Heyvanı buraxıb özümə hücum etdi. Artıq özümücə hücum edirlər. Qarşısını ala bilmirik”.

Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib. arb tv

bvhçşl

DİGƏR XƏBƏRLƏR

Top