Ronaldo və Ramos Levandovskidən “Real”a keçməsini istəyiblər

Madrid “Real”ının forvardı Kriştiano Ronaldo və müdafiəçisi Serxio Ramos “Bavariya”nın hücumçusu Robert Levandovskinin oyunu barədə çox yüksək fikirdədirlər. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, K. Ronaldo və S. Ramos Polşa yığmasının futbolçusundan “Real”a keçməsini istəyiblər. Futbolçular arasında bu barədə söhbət UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda baş tutub. Həmin oyunda “Real” 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib, R. Levandovski isə bir qolun müəllifi olub. 2104-cü ildə “Real”ın prezidenti Florentino Peres də “Borusiyya” Dortmundda oynayan R. Levandovski ilə bu barədə söhbət edib. Lakin polşalı futbolçunun transferi baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top