Ronaldo yenə də 100 qol göstəricisinə çatan ilk futboçu oldu

Madrid “Real”ının forvardı Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya”nın (4:2) qapısına 3 qol vurmaqla daha bir rekorda imza atıb. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz evdə “Bavariya”nın qapısına ikinci qolu vurduqdan sonra Çempionlar Liqasında yubiley 100-cü qolu aktivinə yazıb. Bununla da K. Ronaldo turnirdə 100 qol vuran ilk futbolçu olub. Ümumilikdə hücumçu Çempionlar Liqasında 101 dəfə fərqlənib. Onun ən yaxın izləyicisi aktivində 94 qol olan “Barselona”nın lideri Lionel Messidir. Xatırladaq ki, K. Ronaldo ötən həftə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Bavariya”nın (1:2) qapısından iki qol keçirməklə Avrokuboklarda 100 qol vuran ilk futbolçu oldmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top