Ölmək üzrə olan sahibinə ürək parçalayan son vida

ABŞ-ın Kaliforniya ştatında yaşayan Ryan Jessenin miqren xəstəliyindən əziyyət çəkdiyini düşünən yaxınları onu xəstəxanaya aparıblar. Yeniavaz.com saytının xarici KİV-ə istinadən xəbərinə görə, müayinələrdən sonra həkimlər Ryanın insult keçirdiyini bildiriblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, Ryanın vəziyyəti daha da ağırlaşıb və buna görə də reanimasiya şöbəsinə yerləşdirilib. Bir neçə müddət oksigen aparatı ilə "nəfəs alan" Ryan Jessenin səhhəti daha da pisləşdiyindən həkimlər əlavə müdaxilənin heç bir nəticə verməyəcəyini bildiriblər. Beləcə, yaxınları ilə razılaşmadan sonra Ryanın süni nəfəs aparatından ayrılması qərarına gəlinib. Bu isə Ryanın ölümü deməkdir.

Ryan süni nəfəs aparatından ayrılmadan öncə onun doğmaları həkimlərdən bir xahiş ediblər - Ryanın iti Mollynin onunla son görüşünə icazə verilsin. Həkimlər bu xahişi normal qarşılayıblar və razılıb veriblər. Ryanın sevimli iti Mollynin reanimasiya otağında sahibini görərkən etdiyi hərəkətlər, çıxardığı səslər hər kəsi kədərləndirib. Sosial mediada paylaşma rekordları qıran görüntülər onminlərlə insanı kədərləndirib.

DİGƏR XƏBƏRLƏR

Top