“Qazprom” “Türk axını”nın ilk xətti üzrə müqavilə bağlayıb

Rusiyanın “Qazprom” şirkətinin 100 faizlik törəmə cəmiyyəti olan “South Stream Transport B.V.” şirkəti “Türk axını” qaz kəmərinin dəniz hissəsinin ilk xəttinin tikintisi üzrə “Allseas Group S.A.” şirkəti ilə müqavilə bağlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Allseas” müqaviləyə əsasən, dənizin dibi üzrə 900 kilometrdən çox boru çəkməlidir: “Şirkət bu işləri icra etmək üçün dünyada yeni iri tikinti gəmisi “Pioneering Spirit”i cəlb etməyi planlaşdırır. Gəmi qaynaq işləri və üzlüyün çəkilməsi üçün altı qurğu ilə təchiz edilib”. “Allseas” 2017-cı ilin II yarısında ilk xəttin çəkilməsinə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top