Miqrantlarla mübarizədə yeni təklif: onlara atəş açılsın

Danimarkalı deputat Avropa İttifaqının dəniz sərhədlərini qoruyan güc strukturlarına qanunsuz miqrantların olduğu qayıqlara atəş açmağı təklif edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Danimarka Xalq Partiyasının deputatı Kennet Bert deyib. Onun sözlərinə görə, yeganə səmərəli yol qayıqları döndərmək və onlara bunu bəyan etməkdir: “Siz dövlət sərhədini keçə bilməzsiniz, əgər siz buna məhəl qoymasanız sizə atəş açacaqlar və ya qayığınızı baş-ayaq çevirəcəklər, siz geriyə üzərək qayıdacaqsınız”. Sonradan deputat insanlara atəş açmağı deyərkən havaya xəbərdarlıq atəşi açmağı nəzərdə tutduğunu vurğulayıb".

DİGƏR XƏBƏRLƏR

Top