“Fərat qalxanı” əməliyyatında son vəziyyət

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Fərat qalxanı” hərbi əməliyyatı planlaşdırıldığı kimi davam edir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, əməliyat çərçivəsində bu günədək təqribən 1800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Əl-Bab əməliyyatına toxunan İ. Kalın qeyd edib ki, İŞİD terror qruplaşması həmin bölgəyə xeyli sayda silah-sursat toplayıb: “Buna görə də Əl-Bab istiqamətində çox diqqətli hərəkət etmək önəm kəsb edir”.

DİGƏR XƏBƏRLƏR

Top