ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ayova ştatının qubernatoru Terri Branstadı Çinə səfir təyin edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, T. Branstad Çinin dövlət başçısı Sin Cinpini “köhnə dost” adlandırmağı sevir. Bununla da D. Tramp bu ölkəyə münasibətdə tənqidləri azaltmaq fikrindədir. D. Tramp qeyd edib ki, T. Branstadın namizədliyi doğru qərardır: “O onların hamısını tanıyır”.