Xaricdə imtahansız təhsil biznes məqsədi güdür - Aldanmayın!

İmtahansız xaricdə təhsili təklif edən ölkələr və onların Azərbaycandakı təşkilatçıları yalnız kommersiya marağı güdür.

Bu sözləri Sherg.az-a imtahan vermədən xarici ölkərdə təhsillə bağlı danışarkən təhsil eksperti Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ölkələrin təklif etdiyi xidmətlərdə heç bir keyfiyyətli təhsil yoxdur:

"İmtahansız təhsil bir çox xarici ölkədə mövcuddur. Amma orada yalnız savadlı tələbə real olaraq axıra kimi təhsilini başa vura bilər. Bu sistem Azərbaycan təhsili üçün hələ çox uzaqdır. Bizdə bu üsul ilə yalnız imkanlı ailələrdən olanlar yararlana bilərlər. Hazırda xarici ölkələrdə də imtahansız təhsillə bağlı çoxlu reklam gedir. Amma savadlı gənc elə öz gücünə arxalanıb, doğma yurdunda da tələbə adını qazana bilər. Mən yalnız imtahanla qəbulu dəstəkləyirəm. Yalnız bu cür sistemlə aparılan seçim yaradıcı, savadlı, intellektual gənclərimizin yetişməsinə təkan verə bilər".

DİGƏR XƏBƏRLƏR

Top