XİN: "3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

H.Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top