Nazarbayev: "Qazaxıstan Rusiyanın koloniyası olub"

Qazaxıstanın Rusiya ilə sıx münasibətlərdə olmasına baxmayaraq ara-sıra iki ölkə arasında qarşılıqlı iradların eşidilməsi hər iki ölkədə özünəməxsus şəkildə əks-səda verməkdədir. "Yenavaz.com"un Centrasia.ru saytına istinadən verdiyi məlumata görə, Nazarabyev "Altın sapa" mükafatının verilməsi mərasimində çıxış edərkən ölkəsini keçmiş Rusiya imperiyasının koloniyası adlandırıb. Nazarbayevin sözlərinə görə, Rusiya imperiyası ölkənin bütün təbii sərvətlərini talan edib, əhaliyə isə quru, qazılmış torpaq qoyaraq onun tozunu udmağa məcbur edib. Nazarbayev: "1861-ci ildə sonuncu qazax xanı ruslar tərəfindən öldürüldü Ondan sonra Qazaxıstan əvvəlcə Rusiyanın sonra isə SSRİ-nin koloniyasına çevrildi. 150 il müstəmləkə şəraitində yaşadığımız dövrdə biz az qala milli varlığımızı, mədəniyyətimizi, dilimizi itirmişidk. Rus imperiyası milli sərvətlərmizi çapıb-taladı, yerində isə bizə quru, qazılmış torpaq və udmağa tozlu hava qoydu. Şükürlər olsun ki, 1991-ci ildə müstəqilliyimizi əldə etdik. Ölkəmizin milli sərvətlərinin ağası özümüz olduq. Təbii sərvətlərmizdən əldə etdiyimiz gəlirlər inkişaf etmiş demokratik dövlətə çevrilməyimizə sərf edilir",-deyib.

Nazarbayev həmçinin ABŞ-ın iri şirkətlərinin ölkəyə iri həcmdə sərmayə qoymağa hazırlaşdıqlarını və bununla əlaqədar onlarla müəyyən razılıqlar da əldə edildiyini vurğulayıb. Nazarabyevin bu açıqlaması Rusiyada Qazaxıstanın "müttəfiqinin" bostanına daş atması kimi dəyərləndirilib. Belə hesab edilir ki, Putinin Nazarabyevin açıqlamasına cavabı özünü çox gözlətməyəcək.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top