TürkiyəÇin qarşılıqlı ticarətdə dollardan imtina edirlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmə gətirdiyi xarici ticarətdə milli valyutaların istifadəsi məsələsində önəmli addım atılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çin və Türkiyənin Mərkəzi Bankları milli valyutalarda qarşılıqlı mübadilə aparıblar. Belə ki, Çin ilə ilk valyuta mübadiləsi bu ilin noyabrın 30-da həyata keçirilib. Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biri olan Çin ilə ötən il 28 milyard dollar məbləğində xarici ticarət həcmi var. Rusiya və İran da Türkiyə ilə hesablaşmaların milli valyutalarda aparılmasına isti yanaşır.

DİGƏR XƏBƏRLƏR

Top