Türkiyədə ilk: yerli hava hücumundan müdafiə raketi sınaqdan keçirildi

Türkiyə ilk və yerli hava hücumundan müdafiə raketini sınaqdan keçirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Hisar” adlı raketin test atışında ölkənin milli müdafiə naziri Fikri İşık da iştirak edib. Nazir gələcəkdə Türkiyənin yerli hava və raket hücumundan müdafiə sistemlərinə malik olacağına inandığını bildirib: “Əgər biz güclü müdafiə sistemlərinə sahib olsaq, heç bir dövlət ölkəmizə tərs baxmaz. Bu istiqamətdə işləri sürətləndirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top