Pakistan Səydiyyə Ərəbistanına nüvə silahı satmadığını bəyan edib

Son günlər dünya mətbuatında guya Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmağa hazırlaşdığı və bununla bağlı tərəflər arasında hansısa razılığın da əldə edildiyi barədə məlumatlar yayılıb. "Yeniavaz".com"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan Xarici işlər nazirinin müvaini Tasnim Aslam xüsusi açıqlama verib. O bildirib ki, hazırda Səudiyyə Ərəbistanına nüvə silahı satılması barədə iki ölkə arasında hər hansı anlaşma imzalanmayıb və bununla bağlı deyilənlər yalan və böhtandan başqa bir şey deyil. Tasnim Aslam beynəlxalq aləmi aldatmağa və Pakistanın simasında onlarda mənfi rəy yaratmağa xidmət edən dezinformasiyaların Hindistandan qaynaqlandığını söyləyib. Tasnim Aslam: "Biz həmişə nüvə silahının yayılmasının əleyhinə çıxmışıq. Hindistan ilk nüvə sinaqlarını həyata keçirməzdən əvvəl Pakistan Cənubi Asiyanın nüvə silahından azad zona elan edilməsi barədə BMT-də məsələ qaldırmışdı. Pakistan nüvə silahı sınaqlarını Hindistan bu silahı əldə etməsindən sonra başlatdı. Biz həmişəki kimi yenə də nüvə silahının yayılmasının əleyhinə çıxırıq və bunu bəşəriyyət üçün böyük təhlükə adlandırırıq",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top