Rusiya Çeçen xüsusi təyinatlılarını Suriyaya göndərdi

Suriyada Əsəd güclərinin Rusiya və İranın hərbi yardımı ilə Hələb şəhəri uğrunda gedən döyüşlər zamanı çoxlu sayda itkilər verməsi Moskvanı təcili addımlar atmağa məcbur edib. "Yeniavaz.com"un "İzvestiya.ru"-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə nazirliyi Hələb uğrunda gedən döyüşlərdə itkilərin yerini doldurmaq məqsədi ilə çeçenlərdən təşkil edilən xüsusi təyinatlı "Şərq" ("Vostok") və "Qərb" ("Zapad") batalyonlarını təcili şəkildə Suriyaya göndərməyi qərara alıb. Çeçenlerdən ibarət hər iki batalyonun Xmeymim şəhəri ətrafındakı Rusiyaya məxsus aviabazanı qoruyacağı gözlənilir. Onlardan həmçinin İŞİD-ə qarşı döyüşlərdə xüsusi təyinatlı tapşırıqların yerinə yetirilməsi və bu məqsədlə düşmən arxasına göndərilməsi məqsədi ilə də istifadə ediləcəyi göndərilir. Xatırladaq ki, çeçenlərdən ibarət "Şərq" və "Qərb" batalyonları 2003-cü ildə təşkil edilib. Hər iki batalyon 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündə iştirak edib. "Şərq" və "Qərb "batalyonları əvvəlcə Sxinvali və Cavanın gürcü əsgərlərindən təmizlənməsində iştirak ediblər. Sonra onlar Qori şəhəri üzərinə hücumda rus əsgərlərinin ön sıralarında döyüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top