Gələn il pensiyalar nə qədər artacaq?

Azərbaycanda gələn il üçün nəzərdə tutulan müsbət bir dəyişiklik də pensiyaların təkcə sığorta hissəsinin deyil, bütövklükdə məbləğinin indeksasiyası bağlı olacaq. Bunu parlamentin bugünkü plenar iclasında MM-in Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib: "Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər". Onun sözlərinə görə, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı da gözlənilir. H.Rəcəbli bildirib ki, debitor borclar probleminin həlli istiqamətində aparılan işlər yaxşılaşdırılmalıdır: "Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var".

Onun sözlərinə görə, gələn il DSMF-nin gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 100 mln. manat çoxdur: "Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiyaların 1,32 mln. nəfər olacağı gözlənilir. Buna baxmayaraq, orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq".

DİGƏR XƏBƏRLƏR

Top