“Gülüstan” sarayında kimlər toy edə bilər?..

Bir vaxtlar Bakıdakı elit təbəqənin adamları övladlarının toy mərasimlərini daha təmtəraqlı olsun deyə “Gülüstan” sarayında keçirirdilər. Bu sarayın digərlərindən fərqi həm də ondan ibarətdir ki, bu bina ictimai əhəmiyyətə malik olub. Həm də Bakının mərkəzində yerləşir.

Bu sarayda beynəlxalq tədbirlər də keçirilib. 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişinin imzalanması zamanı, dünya liderləri məhz Gülüstan” sarayında bir araya gəlmişdilər.

Bəs bu gün “Gülüstan” sarayında toy etmək istəyənlər varmı?

Sarayın mühəndisi Rasim Məmmədov açıqlamasında sualmızı belə cavablandırıb:

“Gülüstan” sarayında uzun illərdir ki, toy mərasimləri keçirilmir. Düzü, bir-iki istisna olmaqla, demək olar ki, toy etmək istəyənlərin müraciətləri də daxil olmur. Əvvəllər, toy etmək arzusunda olanlar da çox idi. Çünki saray 2006-cı ilə kimi icarə müəssisəsi olaraq fəaliyyət göstərirdi. 2006-cı ildən sonra Azərbaycan Respublikasının İşlər İdarəsinin tərkibində “Gülüstan” sarayı kimi fəaliyyət göstərir. Ona görə də sarayda ancaq dövlət və şirkətlərin tədbirləri keçirilir”.

Rasim Məmmədov sarayın divarlarında əmələ gələn çatların indiki vəziyyətinə də aydınlıq gətirib.

“Gülüstan” sarayında çatların əmələ gəlməsi barədə hədsiz dərəcədə şişirdilmiş məlumatlar yayılmışdı. Heç bir çat əmələ gəlməmişdi. Sadəcə, sarayın ətraflarında yerləşən istinad divarlarında kiçik zədələr yaranmışdı. Bu da əsassız olaraq yazılmışdı. Hansısa təhlükənin “Gülüstan” sarayına heç bir aidiyyatı yoxdur”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top