Babək Hüseyinoğlunun vəfatından 10 il ötür

Peşəkar jurnalist tanınmış ziyalı Babək Hüseyinoğlunun vəfatından 10 il ötür. İctimai siyasi xadim “Sovet Ermənistanı “ qəzetində məsul katib, ilk müstəqil mediamız olan “Aydınlıq” qəzetinin baş redaktoru , Aztv-də şöbə müdiri və eləcə də Azərbaycan Dövlət televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmışdır. Vətənpərvərlik ruhunda çıxış və məqalələri , onun xalqına, millətinə olan sevgisindən xəbər verirdi. Azərbaycanı daimi ucalıqda görmək arzusunda olan Babək Hüseyinoğlu tezliklə işğal altında ki torpaqlarımızın işğaldan azad olunduğu günü səbirsizliklə gözləyirdi. Artıq ölümündən 10 il ötməsinə baxmayaraq , dəyərli insan və iti qələm sahibi olan Babək Hüseyinoğlu barəsində onu yaxşı tanıyan həmkarları, qələm dostları , ziyalılar vaxtaşırı mətbuat səhifələrində onu yad edir. Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top