Məzun Oksford Universitetindən pis təhsilə görə 1 milyon funt tələb edir

Oksford universitetinin məzunu ali təhsilmüəssisəsinə 1 milyon funt-sterlinq məbləğində iddia qaldırıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, 38 yaşlı Faiz Siddiqi iddia edir ki, bitirdiyi universitet pis və darıxdırıcı təhsil verdiyindən uğurlu karyera qura bilməyib. Onun fikrincə, kommersiyada uğurlu beynəlxalq vəkil olmaq imkanı var idi,lakin 16 il əvvəl buraxılış imtihanlarında aşağı qiymət aldığına görə bunu reallaşdıra bilməyib. F. Siddiqinin sözlərinə əsasən, müəllimlər dərslərə səhlənkar yanaşıblar. Oksford universiteti isə şikayəti əsassız sayıblar, çünki o, təhsilini uzun illər başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top