Xalq artisti Alim Qasımov "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasına qatılıb.
"Yeniavaz.com" bildirir ki, axşam.az-a açıqlama verən muğam ifaçısı səfərə hazırlaşdığını deyib:
"Qızım Fərqanə Qasımova ilə birlikdə Amerikaya gedəcəyik. "Leyli və Məcnun" tamaşasını göstərəcəyik. Hazırda bunun üstündə çalışırıq".
A.Qasımov muğam ifaçılarına iradını bildirib:
"Hər zaman peşəkar və qeyri-peşəkar oxuyanlar olub. Ələnib, suyun üstündə mütləq yaxşılar qalacaq".
Muğam ifaçısı "Xoşlamadığınız ifaçıları eşidəndə nə edirsiniz?" sualına belə cavab verib:
"Bəzən efirə baxanda görürəm ki, ahəngi pozurlar. Onda əsəbləşirəm, kanalı çevirirəm. Elələrinə baxmıram".