Vegetarian kafesi heyvan yağlarından hazırlanmış pulları qəbul etmir

İngiltərənin Kembric şəhərində yerləşən vegetarian kafesinin rəhbərliyi yeni plastik beş funtluq əsginazları qəbul etməkdən imtina edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, kafe rəhbərliyi bunu onunla izah edib ki, həmin əsginazların hazırlanmasında heyvan yağlarından istifadə olunub. “Rainbow” (“Göy qurşağı”) kafesinin sahibi Şeron Meyland bu barədə xəbərdarlıq edən yazılı elan yerləşdirib. O bildirib ki, əsginazların heyvan yağlarından istifadə edildiyini eşidəndə dərindən sarsıntı keçirib: “Yağ heyvan mənşəli məhsul deyilmi? Bizim bütün biznesimiz isə heyvanlardan heç nə hazırlanmayacağına əsaslanır”. Qeyd edək ki, yeni 5 funtluq əsginazlar dövriyyəyə bu ilin sentyabrında buraxılıb. Əsginazın bir üzündə kraliça II Elizabetin, digər üzündə isə keçmiş baş naziri Uinston Çörçilin portreti əks olunub.

DİGƏR XƏBƏRLƏR

Top