Tünzalənin Moskva konsertinin vaxtı dəyişildi

Əməkdar artist Tünzalə Ağayevanın Moskvada verəcəyi konserti tarixi dəyişib. Aprelin 27-si "Vegas City Hall"da reallaşacağı nəzərdə tutulan "Жду Тебя" adlı musiqili gecənin tarixi dəyişərək mayın 28-nə keçirilib. Bu barədə müğənni sosial media hesabında məlumat verib: "Dəyərli dostlar, Rusiyada baş vermiş son hadisələrlə əlaqədar mən və "Vegas City Hall"dakı solo konsertimin təşkilatçıları qərara gəldik ki, konsertin tarixini aprelin 27-dən mayın 28-nə keçirək. Ümid edirəm ki, bu qərarımız sizin tərəfinizdən anlayış və dəstəklə qarşılanacaq. Tarixin dəyişilməsi bizim görüşümüzü daha da gözlənilən edəcək və görüşümüz üçün Respublika günü kimi səbəbimiz də olacaq! Musiqi bu dünyanı az da olsa daha gözəl edir. Tanrı bizim ölkələrimizi və bütün dünyanı qorusun!"primeTime.az

DİGƏR XƏBƏRLƏR

Top