“Google” axtarışda yenilik

“Google” axtarış sistemində qeyri-adi funksiya tətbiq edilib. “Yeniavaz.com”un “rg.ru” saytına istinadən verdiyi məlumata görə, yeni funksiyanın köməkliyi ilə istifadəçilər bu və ya digər informasiyanın həqiqiliyini yoxlaya biləcəklər. Bu məqsəd üçün axtarış xanasına sorğunu daxil etmək kifayət edir. “Google”un “yalan detektoru”nun köməkliyi ilə axtarış istifadəçiləri xəbərlərin, habelə müxtəlif faktorların doğruluğunu yoxlaya biləcəklər. Məsələn, axtarış xanasına “the world is flat" ("Yer hamardır”) ifadəsini daxil etsək, axtarışın nəticələrində “False”, yəni “yanlış” sözü çıxacaq. Bu vaxtadək yeni imkandan yalnız ABŞ və Böyük Britaniya kimi bir neçə ölkənin istifadəçiləri yararlana bilirdi.

DİGƏR XƏBƏRLƏR

Top