Ağstafada qanvermə aksiyası keçirilib


Ağstafada Səhiyyə Nazirliyi və Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Ağstafa Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Nəcibə Vəliyevanın "Yeniavaz.com"a verdiyi məlumata görə, aksiyada rayonunda fəaliyyət göstərən 200-dən çox təhsil işçisi iştirak edib. Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilib. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

Top