Norveçdə gəmilər üçün tunel tikiləcək

Norveç dünyada ilk dəfə tam təchiz edilmiş gəmi tunelini inşa etməyə hazırlaşır. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Norveçin qərbindəki Stad yarımadasında tikilməsi planlaşdırılan tunel ölkənin ən təhlükəli yerlərindən birini daha təhlükəsiz zonaya çevirəcək. Belə ki, Norveç dənizi ilə Şimal dənizinin qovuşduğu nöqtədə yerləşən Stad yarımadası sularında böyük çalxantılar baş verir. Bu su ərazisindən keçənlər ölümlə üzləşirlər. Bu səbəbdən Norveç Sahil Xidməti 272 milyon dollara başa gələcək dünyanın ilk gəmi tuneli layihəsini həyata keçirib. Tikinti işlərinə 2018-ci ildə başlanılacaq. Tunelin eni, 26 metr, uzunluğu təqribən 1,5 kilometr, hündürlüyü isə 31 metr təşkil edəcək. Tunelin tikintisi üçün yarımada qazılacaq və içi su ilə doldurulacaq. Təxminən 7,5 ton ağırlığında qayanın yerindən söküləcəyi layihənin 4 il ərzində tamamlanması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top